Oktyabrın 12-13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
oktyabrın 12-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 10-13°, gündüz 17-20° isti olacaqdır.
oktyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperatur gecə 10-13°, gündüz 18-22° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz olacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Lakin oktyabrın 13-də axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 0-5°, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 6-11°, gündüz 17-22° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, oktyabrın 13-də axşam bəzi yerlərdə az yağış yağacağı gözlənilir.
Temperaturun gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 9-14° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur. Lakin oktyabrın 13-də axşam bəzi yerlərdə az yağış yağacaqdır.
Temperaturun gecə 7-12°, gündüz 20-25° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq, lakin oktyabrın 13-də axşam bəzi yerlərdə az yağış yağacaqdır.
Temperatur gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaqdır.