Oktyabrın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 12-16°, gündüz 18-23° isti olacağı gözlənilir.
Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 55-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 20-25° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 19-240 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir
Temperatur gecə 7-12°, gündüz 17-220 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər saatlarında duman olacaqdır. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 11-16°, gündüz 20-25° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 15-18°, gündüz 20-25°, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, oktyabrın 19-da hava şəraitinin təzadlı dəyişkənliyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.