Oktyabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır. Axşam hava tutqun olacaq, bəzi yerlərdə yağış yağacaqdır.
Temperatur gecə 12-17°, gündüz 19-24° isti olacağı gözlənilir.
Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 18-23° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 12-17° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 10-15°, gündüz 17-22° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 8-13°, gündüz 15-20° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 17-22° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 17-22°, dağlarda gecə 9-14°, gündüz 13-18° isti olacaqdır.