Oktyabrın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, oktyabrın 21-nə keçən gecə və səhər yağış yağacağı gözlənilir. Gündüz havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir .
Temperatur gecə 10-13°, gündüz 15-19° isti olacağı gözlənilir.
Bakıda gecə 11-13°, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 55-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 15-20° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı vardır.
Temperatur gecə 2-7°, gündüz 9-14° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 14-190 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı vardır.
Temperatur gecə 4-9°, gündüz 13-180 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12°, gündüz 15-20° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı yağacağı ehtimalı vardır.
Temperatur gecə 8-13°, gündüz 15-20°, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.