Oktyabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-14°, gündüz 15-19° isti olacağı gözlənilir.
Bakıda gecə 11-13°, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 768 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 18-23° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 9-14° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi- Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 13-18° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 18-23°, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 19-24° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 18-23°, dağlarda gecə 1-5°, gündüz 10-15° isti olacaqdır.