Oktyabrın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 9-11°, gündüz 11-14° isti olacaqdır.
Bakıda gecə 9-11°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, axşam dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı vardır.
Temperatur gecə 0-5°, gündüz 14-19° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, axşam sulu qara keçəcəyi ehtimalı vardır.
Temperatur gecə 1-6°, gündüz 7-12° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 12-170 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, qara keçəcəyi ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 11-160 isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq, yüksək dağlıq ərazilərdə minimal temperatur 7-12° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 8-13°, gündüz 13-18° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə10-14°, gündüz 15-17°, dağlarda gecə 0-5°, gündüz 9-14° isti olacaqdır.
Xəbərdarlıq
Oktyabrın 28-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Oktyabrın 25-26-da yağışın bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Temperatur iqlim normasından 2-4° aşağı olacaqdır. Oktyabrın 26-sı və 27-də havanın temperaturu 8-12° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında tutqun, yağmurlu və küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.