Oktyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
oktyabrın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 12-15°, gündüz 17-22° isti olacaqdır.
Bakıda gecə 13-15°, gündüz 18-20° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi gecə 760 millimetr civə sütunundan 757 millimetrədək aşağı enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur 5-10°, gündüz 18-23° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 3-8°, gündüz 10-14° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12°, gündüz 19-240 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 16-210 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-13°, gündüz 20-25° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 9-14°, gündüz 19-24°, dağlarda gecə 5-9°, gündüz 13-17° isti olacaqdır.