Oktyabrın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 14-16°, gündüz 20-24° isti olacaqdır.
Bakıda gecə 13-15°, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 763 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 75-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 6-11°, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 6-11°, gündüz 17-22° isti, dağlarda 3-7°, gündüz 11-16° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 14-16°, gündüz 20-24°, dağlarda gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 30-31-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.