Oktyabrın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
əyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 12-14°, gündüz 15-19° isti olacaqdır.
Bakıda gecə 12-14°, gündüz 16-18° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi gecə 756 millimetr civə sütunundan 765 millimetrədək yüksələcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 55-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz, axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur 5-10°, gündüz 15-20° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 3-8°, gündüz 9-14° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
axşam və gecə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 15-200 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 4-9°, gündüz 11-160 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
əsasən yağmursuz, lakin bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 17-22° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Gündüz əsasən yağmursuz olacaq. Gecə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperatur gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaqdır.