Oktyabrın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
oktyabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 12-15°, gündüz 18-23° isti olacaqdır.
Bakıda gecə 13-15°, gündüz 21-23° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur 4-9°, gündüz 20-25° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz yağışın tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 14-18° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 19-240 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 17-220 isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 20-25° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Gündüz yağışın tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir
Temperatur gecə 12-15°, gündüz 20-25°, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.