Oktyabrın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 20-25° isti olacaqdır.
Bakıda gecə 14-16°, gündüz 22-24° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yuxarı 764 mm millimetr nisbi rütubət gecə 60-70 faiz, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 4-6°, gündüz 21-26° isti olacaqdır.
Yuxarı Qarabağ, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10°, gündüz 17-22° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 7-12°, gündüz 20-25° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 7-12°, gündüz 18-23° isti olacaqdır.
Mərkəzi-Aran, Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 9-14°, gündüz 22-27° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 12-15°, gündüz 22-25°, dağlarda gecə 3-8°, gündüz 17-22° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.