ÖLKƏ ƏHALİSİNİN 46,6 FAİZİ İŞLƏ TƏMİN OLUNMUŞDUR
Bu il martın 1-nə olan məlumata görə, Azərbaycanın 8 milyon 277 min nəfər əhalisinin 3 milyon 857 min nəfəri işləyənlərdir. Bu, ölkə əhalisinin 46,6 faizini təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, uşaq və pensiyaçılar əhalinin ümumi sayının 38,2 faizinə, işsizlər isə 15,2 faizinə bərabərdir. İşsizlərin 54,7 min nəfəri rəsmi işsiz statusu almışdır. İşsizlik statusu alanların 53,2 faizi qadınlardır.
İşsizliyə görə müavinətin orta məbləği 129 min manata yaxındır.