Ölkədə meyvə-tərəvəz ixracı artıb
Bakı, 29 dekabr, AZƏRTAC
Cari ilin on bir ayında 573 min ton meyvə-tərəvəz ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 593,4 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 549,7 milyon dollar olmaqla 565,4 min ton meyvə-tərəvəz ixrac edilib.