Ölkəmizdə abilimpiya hərəkatının və uşaq paralimpiyasının inkişaf istiqamətləri müzakirə olunub
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ilə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin arasında onlayn formatda görüş keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə abilimpiya hərəkatı, uşaq paralimpiyası və müyəssərliyin təmin edilməsi mövzusunda birgə əməkdaşlığın istiqamətləri müzakirə olunub və gələcək işlər haqqında fikir mübadiləsi aparılıb.