Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizdəki növbədənkənar parlament seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzində olub

İstanbul, 1 sentyabr, AZƏRTAC

Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzində saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, TRT media qurumu, “Milliyet”, “Cumhuriyyet”, “Son dakika”, “Haberler.com”, “Ensonhaber”, “Son dakika”, “Haber Global” kimi bir çox media qurumu ölkəmizdəki parlament seçkiləri ilə bağlı yazılı və video xəbərlər hazırlayıb.

“Azərbaycan Prezidenti və xanımı Milli Məclis seçkilərində səs verdilər”, “Azərbaycan Prezidenti Əliyev Milli Məclis seçkilərində səs verdi”, “Azərbaycan seçki prosesində: Qarabağda seçki keçirilir”, “YSK sədri Ahmet Yener: Azərbaycanda seçkilər nizamlı və şəffaf şəraitdə keçirilib”, “Azərbaycan xalqı seçim edir: 30 il sonra bir ilk”, “30 il aradan sonra Azərbaycan bütün torpaqlarında seçki keçirir”, “Qardaş ölkə Azərbaycan seçki prosesində” kimi bir çox sərlövhələrlə yayımlanan xəbərlərdə builki seçkilərin ölkəmizin bütün ərazilərində keçirilməsinə vurğu edilib.

Məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakıda səs verdikləri bildirilir.

Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın erməni işğalından azad etdiyi bölgələrində də seçki qutuları yaradılıb ki, bununla da 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirilib.

Qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı, Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi beynəlxalq qurumlardan çox sayda müşahidəçinin iştirak etdiyi seçkilər üçün ölkədə 125 seçki dairəsi üzrə 990 namizəd mübarizə aparıb. Azərbaycan parlament üzvlərini müəyyən etmək üçün yeddinci dəfə seçki keçirir.

Xəbərlərdə, həmçinin Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Ahmet Yenerin qardaş ölkə mediasına verdiyi müsahibəsi yer alıb. Bildirilib ki, YSK sədri müsahibəsində sentyabrın 1-nin Azərbaycan demokratiyası və tarixi üçün mühüm bir gün olduğunu vurğulayaraq deyib: “Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra ölkədə ilk dəfə parlament seçkiləri bütün torpaqlarda keçirilir. Seçkilərin Azərbaycan xalqı və Türk dünyası üçün xeyirli olmasını arzulayıram. Seçkilərin nizamlı və şəffaf şəraitdə keçdiyini, azərbaycanlı qardaşlarımızın seçkiyə böyük əhəmiyyət verdiyini görürük. Bunu görmək bizim üçün sevindiricidir. Seçici fəallığı çox yüksəkdir”.

Azərbaycan Milli Məclisinə keçirilən seçkilər, o cümlədən Rusiya mediasının da diqqət mərkəzində olub. Belə ki, Rusiya mətbuatında budəfəki parlament seçkilərinin Azərbaycan tarixində xüsusi yer tutduğu, ölkənin müstəqillik tarixində ilk dəfə bütün suveren ərazisində keçirildiyi və xalqın birliyini ifadə etdiyi açıqlanır.

Rusiyalı müşahidəçilərdən biri, Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bu seçkilərin Azərbaycan üçün əhəmiyyətindən danışaraq səsvermənin ölkəmizin bütün suveren ərazisində keçirildiyini qeyd edib. O, azərbaycanlıların öz doğma torpaqlarına qayıtdıqlarını vurğulayaraq deyib: “Bu baxımdan biz bu gün Ümummilli Lider Heydər Əliyevin oğlu, Prezident İlham Əliyevə vəsiyyətinin yerinə yetirildiyinin şahidiyik”. O, Rusiyanın Azərbaycanın siyasətini tam dəstəklədiyini, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

 

Agentliyin digər həmsöhbəti, MDB PA-nın Baş katibi Dmitri Kobitski parlament seçkilərinin monitorinqinin ilkin nəticələri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, müşahidəçilərdən heç biri səsvermənin təşkilinə dair hər hansı nöqsan qeydə almayıb. Onun sözlərinə görə, seçki məntəqələri və məntəqə seçki komissiyaları yaxşı hazırlanıb, yerli müşahidəçilərdən də heç bir şikayət daxil olmayıb.

“News.ru” nəşri Rusiya-Belarus Parlament İttifaqının nümayəndə heyətinin üzvü Nataliya Kosixinanın rəyini oxuculara təqdim edib. O bildirib ki, seçkilər demokratik normalara və prosedurlara uyğun keçirilib. Səsvermənin gedişinə təsir göstərə biləcək qanun pozuntusu qeydə alınmayıb. “Seçkilər ədalətli, açıq və əlçatan keçib”, - deyə Nataliya Kosixina bildirib.

Şuşadakı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Britaniya Lordlar Palatasının üzvü Qurban Hosseyn də nəşrə müsahibəsində parlament seçkilərinin nöqsansız keçdiyini deyib.

“Mir” Dövlətlərarası Teleşirkətinin reportajında qeyd olunub ki, səsvermə prosesini 600-ə yaxın beynəlxalq müşahidəçi izləyib. MDB Parlamentlərarası Assambleyası beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin seçki məntəqələrində əyani materialların olduğunu, məntəqə seçki komissiyasına öz müşahidəçilərini ayırmış siyasi təşkilatların da səsvermənin gedişini izlədiyini müsbət hal kimi qiymətləndirib.

“Belarus seqodnya” nəşri MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimovun rəyini öyrənib. L.Anfimov seçicilərin səsverməyə məsuliyyətlə yanaşdıqlarını, səs verəcəkləri namizədi yaxşı tanıdıqlarını diqqətə çatdıraraq bunun seçki prosesinin düzgün aparılmasının nəticəsi olduğunu deyib.

TASS agentliyi də parlament seçkilərinin gedişini ətraflı işıqlandırıb. MDB müşahidəçilər missiyasının üzvlərinin rəylərinin yer aldığı materialda bildirilir ki, səsvermə məntəqələri texniki cəhətdən mükəmməl təchiz olunub, Azərbaycan Mərkəzi Seçki Komissiyası, digər dövlət qurumları müşahidəçilər missiyası ilə əməkdaşlıq ediblər.

“Rossiyskaya qazeta” nəşri xatırladır ki, bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra keçirilən ikinci seçkilərdir. Azərbaycanda Prezident seçkilərinin fevral ayında reallaşdığı qeyd olunan materialda deputat mandatı uğurunda 990 namizədin mübarizə apardığı diqqətə çatdırılır.

“İnterfaks” agentliyi “exit-poll”un nəticələrini yayımlayıb. Agentlik ilkin hesablamalara əsasən 7-ci çağırış Milli Məclisə seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin çoxluq təşkil etdiyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda içməli su xəttində qəza baş verib

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb