Ölkəmizin turizm sənayesində 40 mindən çox insan çalışır
Bakı, 27 sentyabr, AZƏRTAC
Bu gün turizm ölkənin ən gəlirli sahələrindən hesab olunur. Əminliklə deyə bilərik ki, bu sahə birbaşa Prezident İlham Əliyevin diqqətindədir. Təsadüfi deyil ki, ölkəmizin turizm sənayesində 40 mindən çox insan çalışır. Bu əməkdaşlar Azərbaycanın turizm sənayesinə öz layiqli töhfələrini verirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm işçilərinin peşə bayramına həsr edilmiş tədbirdə deyib.
Son zamanlar Azərbaycana gələn əcnəbilərin sayında artım olduğunu bildirən nazir vurğulayıb ki, bu gün Bakıda müxtəlif millətlərdən olan insanların mövcudluğu turist axınından xəbər verir. “Azərbaycan stabil ölkədir, qonaqpərvər ölkədir. Burada turistlərin yaşaması üçün hər bir şərait mövcuddur. 2016-cı ildə ölkəmizə 2 milyon 248 min turist gəlib. Keçən ilin 8 ayına nisbətən bu il 1 milyon 818 min çox qonaq qəbul etmişik. İlk yeddi ayda bank əməliyyatları 97 faiz artaraq 703 milyondan çox olub. Bu da ötən illə nisbətdə iki dəfə artım deməkdir”, - deyə Ə.Qarayev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]