Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü tutulub
Bakı, 5 iyul, AZƏRTAC
Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini İmran Mirzəyev müəyyən edilməmiş avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Abuzərov Bakı Şəhər Baş Polis İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]