Azərbaycan Dövlət İnformasiya Agentliyi

On altı yaşında layihə hazırladı, beynəlxalq mükafat qazandı: Şəms Musayeva ilə MÜSAHİBƏ

On altı yaşında layihə hazırladı, beynəlxalq mükafat qazandı: Şəms Musayeva ilə MÜSAHİBƏ

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycanda innovasiya və sahibkarlıq sahəsinə maraq göstərən gənclərin sayı getdikcə artır. Onların arasında artıq beynəlxalq arenada uğur qazanan məktəblilər də var. Cəmi 16 yaşı olmasına baxmayaraq, Şəms Musayeva artıq innovasiya və startap sahəsində diqqətçəkən gənclərdən biridir. O, tələbə və gənclərin təcrübə proqramlarına çıxışını asanlaşdırmağı hədəfləyən “InTurn” platformasının müəllifidir. Şəms Musayeva layihəsi ilə beynəlxalq müsabiqələrdə iştirak edir. Məqsədi Azərbaycanı bütün dünyada tanıtmaq və nüfuzlu universitetlərdə təhsil almaqdır.

AZƏRTAC-a müsahibəsində Şəms Musayeva layihəsinin yaranma hekayəsindən, beynəlxalq müsabiqədə qazandığı uğurdan, gələcək hədəflərindən danışıb.

–Əvvəlcə özünüz haqqında məlumat verərdiniz.

–16 yaşım var və 10-cu sinfi başa vurmuşam. Hazırda universitetə hazırlaşıram və eyni zamanda müxtəlif layihələr üzərində çalışıram. Gələcəkdə biznes və iqtisadiyyat sahəsində təhsil almaq istəyirəm. Hədəfim ABŞ, Böyük Britaniya və ya Avropanın nüfuzlu universitetlərindən birində təhsilimi davam etdirməkdir.

– Niyə məhz biznes və iqtisadiyyat sahəsini seçmisiniz?

– Bu sahə mənə çox maraqlıdır. Anam həkimdir və onun işinin nə qədər məsuliyyətli olduğunu yaxından görürəm. Həkimliyin birbaşa insan həyatı ilə bağlı, olduqca çətin və məsuliyyətli bir peşə olduğunu düşünürəm. Mən isə biznes və iqtisadiyyat istiqamətində özümü daha rahat hiss edirəm. Hazırda da bu sahə üzrə biliklərimi artırmağa çalışıram.

– Hazırladığınız layihə haqqında danışardınız. Bu ideya necə yarandı?

– Bu ildən başlayaraq innovasiya və startaplarla bağlı kurslarda iştirak edirəm. Orada müxtəlif ideyalar üzərində işləyir, problemlərin həlli yollarını müzakirə edən zaman, təcrübə proqram tərtibatı ilə bağlı layihə ideyası yarandı. Ümumilikdə, müxtəlif iş yerlərində tez-tez təcrübəli əməkdaş tapmaqda çətinliklər olduğunu eşidirdim. Digər tərəfdən də gənclərin iş tapmaq üçün lazımi təcrübəyə malik olmaması diqqətimi çəkirdi. Beləliklə, işəgötürənlərlə tələbələr arasında körpü rolunu oynayacaq platforma yaratmaq qərarına gəldim. Layihənin adı “InTurn”dur. İngilis dilində “təcrübəçi” mənasını verir və layihənin məqsədini əks etdirir.

– Layihənizin əsas məqsədi nədir?

– Məqsədimiz tələbələrin və gənclərin təcrübə proqramlarına daha rahat çıxış əldə etməsidir. Platformamız vasitəsilə tələbələr müxtəlif şirkətlərdə təcrübə keçə, bacarıqlarını inkişaf etdirə və gələcək iş həyatına hazırlaşa biləcəklər.

– Platforma necə fəaliyyət göstərəcək?

– İstifadəçilər platformada qeydiyyatdan keçərək CV-lərini yerləşdirəcəklər. Burada müxtəlif təcrübə proqramları, vakansiyalar və inkişaf imkanları təqdim olunacaq. Şirkətlər isə öz tələblərinə uyğun namizədləri seçə biləcəklər. Bundan əlavə, tətbiq daxilində müxtəlif kampaniyalar və tərəfdaş şirkətlərin təklifləri də yerləşdiriləcək.

– Layihənin maliyyə modeli necə qurulub?

– Tələbələr üçün platformanın aylıq abunə şəklində olması nəzərdə tutulur. Məqsədimiz layihəni hər kəs üçün, əsas da tələbələr üçün əlçatan etməkdir.

– Sizcə, bu layihə şirkətlərə hansı faydaları və ya imkanları vəd edir?

– Bu gün bir çox şirkət peşəkar kadr çatışmazlığı ilə üzləşir. Platformamız vasitəsilə onlar gələcək əməkdaşlarını əvvəlcədən tanıya, təcrübə proqramları zamanı onların potensialını qiymətləndirə biləcəklər. Bu, həm tələbələr, həm də işəgötürənlər üçün faydalı modeldir.

– Layihə üzərində tək çalışırsınız?

– Xeyr, layihənin biznes planı və iqtisadi tərəfləri üzərində Yunus Kərimzadə ilə birlikdə işləyirik. Mən ideyanın müəllifiyəm, o isə layihənin texniki və biznes inkişafı istiqamətində mənə dəstək olur.

– Proqramlaşdırma və texnologiyaya marağınız nə vaxt yaranıb?

– Texnologiyaya hər zaman marağım olub. Lakin proqramlaşdırma sahəsində peşəkar biliklərə malik deyiləm. Layihənin texniki hissəsində komandamızın üzvü tələbə yoldaşım Yunsun böyük rol var. Mən platformanın konsepsiyasını və funksiyalarını hazırlamışam, texniki hissə isə komanda işi nəticəsində formalaşıb.

– Layihənin hazırlanması nə qədər vaxt aparıb?

– İdeyanın formalaşması bir neçə həftə çəkdi. Daha sonra komandanı topladıq və saytla mobil tətbiqin hazırlanması üzərində təxminən 3-4 ay işlədik. Bu layihə ilə Rumıniyada keçirilən beynəlxalq startap müsabiqəsində iştirak etdik və ikinci yerə layiq görüldük. Bu nəticə bizim üçün böyük motivasiya oldu.

– Təhsil aldığınız məktəbin bu uğurda rolu olubmu?

– Bəli. “Landau School” mənə güclü akademik baza qazandırıb. Xüsusilə ingilis dili biliklərim beynəlxalq proqramlarda iştirak etməyimə imkan verib. Məktəbdəki inkişaf yönümlü mühit də mənim formalaşmağımda mühüm rol oynayıb.

– Gələcəkdə hansı universitetlərdə təhsil almağı arzulayırsınız?

– ABŞ-nin aparıcı universitetlərində təhsil almaq istəyirəm. Harvard, Columbia, Brown, Johns Hopkins kimi universitetlər maraq dairəmdədir. Əsas məqsədim biznes və iqtisadiyyat sahəsində keyfiyyətli təhsil almaqdır.

– ABŞ-də təhsil almaq istəyiniz necə yarandı?

– Doqquzuncu sinifdə oxuyarkən ABŞ-nin Men ştatında yerləşən Freiburg Academy məktəbində altı ay təhsil almışam. Həmin təcrübə mənə çox təsir etdi və gələcək təhsilimi də beynəlxalq mühitdə davam etdirmək istəyimi daha da gücləndirdi.

– Hazırda başqa layihələr üzərində də işləyirsiniz?

– Bəli. “InTurn” layihəsini inkişaf etdirməklə yanaşı, enerji gərginliyini tənzimləyən innovativ stabilizator layihəsi üzərində də çalışırıq. Bu qurğu mövcud analoqlarla müqayisədə daha yüngül və daşınması daha rahat olacaq.

– Bu layihənin üstünlüyü nədir?

– Xəstəxanalar və digər vacib obyektlər üçün faydalı ola bilər. Elektrik enerjisində yaranan problemlər bəzi hallarda ciddi nəticələrə səbəb olur. Hazırladığımız sistem isə gərginliyin qısa müddətdə tənzimlənməsinə kömək edə bilər. Layihənin ilkin prototipi hazırlanıb. Uğurlu nəticə əldə etsək, layihəni beynəlxalq səviyyədə təqdim etmək imkanımız olacaq.

– Ailənizin sizə dəstəyi barədə nə deyə bilərsiniz?

– Ailəmin, xüsusilə də anamın dəstəyi mənim üçün çox önəmlidir. O, hər zaman mənə məsləhət verir, motivasiya edir və ideyalarımı həyata keçirməyim üçün kömək göstərir. Anam mənim ən yaxın dostlarımdan biridir.

– Azərbaycanlı yeniyetmələrə, həmyaşıdlarına hansı tövsiyələri vermək istərdiniz?

– Dostlarıma və ümumilikdə, bütün gənclərə demək istəyirəm ki, heç vaxt məqsədlərindən geri çəkilməsinlər. İnkişafın sonu yoxdur. İnsan daim öyrənməli, öz üzərində işləməli və hədəfinə çatana qədər dayanmayaraq irəliləməlidir. Ən vacib məsələ inadkarlıqdır. İnsan qarşısına məqsəd qoyub onun üzərində davamlı işləməlidir. Əgər bir ideyanız varsa, onu həyata keçirməkdən çəkinməyin. Heç vaxt “alınmaz” düşüncəsinə qapılmayın. Davamlı çalışan insanlar gec-tez nəticə və uğur əldə edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib