On beşinci gün: aksiya iştirakçıları Dövlət Himnini səsləndiriblər
Şuşa, 26 dekabr, Elmir Səftərov, AZƏRTAC
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası 15 gündür davam edir.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, aksiya iştirakçıları mütəmadi olaraq Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.