Azərbaycan Dövlət İnformasiya Agentliyi

ONLARIN YEGANƏ “TƏQSİRİ” AZƏRBAYCANLI OLMALARI İDİ

O vaxtdan 16 il keçir. Lakin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ölkəmizin dilbər guşələrindən birində - Dağlıq Qarabağda baş verənləri xatırlayanda indi də adamın tükləri ürpəşir. Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış o dəhşətli gecədə Xocalı şəhəri yerlə-yeksan edilmiş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuşdu.

Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə edilməklə törətmişdilər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir vardı.

Baş vermiş hadisənin mahiyyətinə varanda inanmaq olmur ki, özlərini insan adlandıran məxluq bu cür cinayət törədə bilərmiş... Yox və bir daha yox! 613 nəfərin, o cümlədən 106 qadının və 63 uşağın həyatına son qoymuş, 8 ailəni tamamilə məhv etmiş, 487 nəfərin şikəst olması ilə nəticələnmiş bu kütləvi qırğını törədənlər insan adı daşımağa layiq deyildir. Xocalı şəhərinin heç bir təqsiri olmayan 1275 sakini - qocalar, uşaqlar və qadınlar girov götürülmüş, bu insanlar ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyildir.

Xocalı qırğınının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin ötən il qəbul etdiyi Bəyanatda Xocalı soyqırımı barədəki faciəli statistika belədir. Bu, XX əsrin ən dəhşətli cinayətlərindən biri idi.

Bəşər tarixində soyqırımı aktları əvvəllər də olmuşdur: Xatın, Liditse, Oradur hadisələri bu qəbildəndir. Lakin Xocalı soyqırımının analoqu yoxdur: erməni cəlladları alman faşistlərindən də qəddarcasına hərəkət edərək, o vaxta qədər onilliklər boyu eyni dövlətdə yan-yana yaşadıqları xalqa silah çevirdilər. Sanki möcüzə sayəsində salamat qalmış sakinlərin, jurnalistlərin, hüquq müdafiəçilərinin yazdıqları materiallar, habelə Heydər Əliyev Fondunun sifarişi ilə buraxılmış nəşrlərdəki onlarca, yüzlərcə fakt bunu təsdiq edir. Bu yazıların hər sətirində qətlə yetirilmiş insanların əzablı ölüm səhnələri təsvir edilir. Onların yeganə “təqsiri” - azərbaycanlı olmaları idi.

... Piyadaların döyüş maşınları və zirehli transportyorlar şəhər sakinlərini əzib keçirdi... Qocalara, qadınlara və uşaqlara yaxın məsafədən atəş açırdılar, əsir düşənlərin başlarının dərisini soyur, dırnaqlarını çıxarır, hətta ölülərə də əzab verir, onların gözlərini çıxarır, qulaqlarını kəsirdilər...

Bir neçə konkret fakta müraciət edək...

Xocalı sakinlərinin dediklərindən:

Sənubər Ələkbərova: Biz meşədən keçib Ağdam tərəfə qaçarkən pusquya düşdük. Mən saysız-hesabsız cəsədlər gördüm. Anamı gözümün qabağında güllələdilər, qızlarım Sevinc və Hicran yaralandı. Mənim özümə də güllə dəydi. Cavan qadınlar və uşaqlar qarın içində çırpınaraq can verirdilər...

Canan Orucov: Mənim oğlumu güllələdilər. Onun 16 yaşı vardı. İki əkiz uşağı olan 23 yaşlı qızımı və 18 yaşlı, hamilə olan o biri qızımı girov götürdülər...

Səriyyə Talıbova: Bizi erməni qəbiristanlığına gətirdilər... Şəhərimizdə sığınacaq tapmış 4 cavan mesxeti türkünün, habelə 3 azərbaycanlının bir erməni yaraqlısının qəbrinin üstündə başlarını bədənlərindən ayırdılar. Sonra uşaqlara öz valideynlərinin gözləri qabağında işgəncə verib öldürdülər. Cəsədləri buldozerlərlə kürüyüb dərəyə tökdülər. Əyinlərində milli ordunun forması olan iki azərbaycanlının gözlərini vintaçanla oydular...

Xarici mətbuat səhifələrindən sətirlər:

Fransalı jurnalist Jan-İv Yunet: Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük... Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular...

Rusiyanın “İzvestiya” qəzetinin müxbiri V.Belıx: Ağdama vaxtaşırı cəsədlər gətirilir. Ermənilər həlak olmuş bu insanların cəsədlərinin müqabilində qarşı tərəfdən diri adamları girov götürürlər. Gecənin qaranlığında bu insanların çıxarılmış gözlərini, kəsilmiş qulaqlarını, dərisi soyulmuş, bədəndən ayrılmış başlarını görəndə adam dəhşətə gəlir. Bir neçə cəsədi kəndirlə bir-birinə bağlayıb zirehli transportyora qoşaraq sürümüşdülər. İşgəncələrin həddi-hüdudu yoxdur...

“Sandi tayms” qəzetinin müxbiri: Erməni əsgərləri yüzlərlə azərbaycanlıya divan tutmuşlar... Ermənilər bu insanlara fasiləsiz atəş açır, sonra onları süngülərlə dəlik-deşik edir, bıçaqla doğrayırdılar. Bir oğlanın qulağı kəsilmişdi.

“Vaşinqton post”un müxbiri: Cəsədlər arasında iki uşaq və üç qadın meyiti vardı. Onlardan birinin sinəsinə yaxın məsafədən atəş açılmışdır. Ağdam hospitalına gətirilmiş 120 qaçqının çoxunda süngü yarası vardı...

Parisdə çıxan “Le Mond” qəzetinin müxbiri: Şəhərdən qaçan qadınlara və uşaqlara yaxın məsafədən avtomat silahlardan atəş açılmışdır. Üç nəfərin başının dərisi soyulmuş, barmaqları kəsilmişdir.

Londonda çıxan “Tayms” qəzetinin müxbiri yazırdı ki, onun gördüyü adamların çoxu eybəcər hala salınmış, balaca qızcığazın isə yalnız başı qalmışdır...

Rusiyanın “Memorial” hüquq müdafiəsi mərkəzi də təsdiq etmişdir ki, ermənilər hətta ölüləri də təhqir edirdilər. Bu mərkəz bir azərbaycanlının diri-diri başının dərisinin soyulması faktını qeydə almış və xocalılıların həlak olması səbəblərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparmışdı.

Bütün bunları sadəcə oxuyanda da insanı dəhşət bürüyür...

İngiltərə teleşirkətlərindən birinin hadisə yerində olmuş jurnalisti R.Patrik demişdir: “Xocalıda törədilmiş mənfur əməllərə dünya ictimaiyyətinin nəzərində heç nə ilə haqq qazandırmaq olmaz”.

İndi isə bədnam erməni “ideoloqu”, bütün etik qanunları və Hippokrat andını pozmuş həkim və jurnalist, hər iki tərəfdən yüz minlərlə insanın taleyinin şikəst olması ilə nəticələnmiş ağılsızlıqların ilhamçısı və təşkilatçısı Zori Balayanın Xocalıda baş vermiş hadisələrə münasibəti ilə tanış olun. O, 1996-cı ildə çap etdirdiyi “Ruhumuzun canlanması” adlı kitabında Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımını şövqlə təsvir edərək yazır ki, hər bir erməni bu aksiyaya görə fəxr etməlidir. Bu sözləri oxuyanda dəhşətə gəlməmək mümkün deyil...

Lakin həmin kitabın vicdan və insanlıq kimi hisslərdən uzaq olan müəllifinin açıqlamaları ilə tanış olanda bu dəhşət hissi daha da güclənir. Rusiyada yaşayan soydaşımız Cəfər Sadiq özünün “İddia müddəti sonsuzdur” adlı kitabında bədnam Balayandan sitat gətirir: “Xaçaturla mən ələ keçirilmiş evlərin birinə daxil olanda orada bizim əsgərlər 13 yaşlı türkü (yəni azərbaycanlını - red.) pəncərənin çərçivəsinə mıxlamışdılar. Sonra Xaçatur bu öldürülmüş uşağın cəsədini parçalayıb itlərə atdı. Axşam biz daha üç uşağın başına eyni oyunu gətirdik. Erməniləri sevən bir insan kimi mən öz borcumu yerinə yetirdim...”

Mənə belə gəlir ki, bu cür hərəkətləri etməyə, sonra da bu barədə ağız dolusu danışmağa, öz hərəkətini guya vətənpərvərlik borcunun yerinə yetirilməsi kimi qələmə verməyə yalnız psixi cəhətdən sağlam olmayan məxluq qadirdir. Balayana gəldikdə isə, onun xüsusi müalicəyə ehtiyacı olmasını söyləmək çətindir. İnterpol tərəfindən beynəlxalq axtarışda olan Balayanı yəqin ki, müttəhimlər kürsüsü, millətlərarası ədavəti qızışdırdığına görə, törətdiyi qətllərə və bəşəriyyət əleyhinə başqa cinayətlərə görə məsuliyyətə cəlb edilmək gözləyir.

İstər beynəlxalq, istərsə də dövlətdaxili hüquq normaları çərçivəsində insanları milli mənsubiyyət əlamətinə görə tamamilə və ya qismən məhv etmək niyyəti ilə əvvəlcədən düşünülmüş hərəkətlər edilməsi onu göstərir ki, Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələr soyqırımıdır. Bu hadisə bəşəriyyət tərəfindən əsl soyqırımı kimi tanınmalı, yuxarıda adlarını çəkdiyimiz faciələrlə eyni səviyyədə qiymətləndirilməlidir. Planetimizin sağlam düşüncəli, sülhsevər insanları, sivilizasiyalı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bu acı həqiqəti bilməlidir. Lakin məsələ təkcə bununla bitmir - bəşəriyyətə qarşı törədilmiş bu cinayətə hüquqi qiymət verilməlidir.

Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün gedişində baş vermiş hadisələrdə soyqırımının bütün əlamətləri vardır. Bu əlamətlər BMT Baş Məclisinin 1948-ci il dekabrın 9-da qəbul etdiyi və təxminən yarım əsr bundan əvvəl - 1961-ci ildə qüvvəyə minmiş Konvensiyada da təsbit edilmişdir.

Xocalı faciəsi erməni millətçilərinin və onların himayədarlarının Azərbaycan xalqına qarşı iki yüz ilə yaxın müddətdə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, bu siyasətin daha bir qanlı səhifəsi oldu. 1990-cı illərin əvvəlində Azərbaycanın fərasətsiz, səriştəsiz rəhbərləri isə, əslində, bu qanlı aksiyaya biganə yanaşmış, onun barəsində beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün heç bir iş görməmişdi. Onlar, heç olmasa, Xocalı müdafiəçilərinin düşmənə qarşı mübarizədə sona qədər davam gətirməsindən, qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstərməsindən də qeyrətə gəlməmişlər.

Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıdandan sonra erməni millətçilərinin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlərin miqyası, o cümlədən Xocalı soyqırımı barədə həqiqət dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı, bu cinayətə sərt hüquqi qiymət verilməsinin zəruri olması barədə qətiyyətli tələblər səsləndi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu xətti əzmlə davam etdirir.

Xocalı faciəsinin 16-cı ildönümü günlərində Azərbaycan xalqı soyqırımın günahsız qurbanlarının xatirəsini ehtiramla yad edərək, bir daha dünya xalqlarına və dövlətlərinə, beynəlxalq təşkilatlara ümid və inamla müraciət edərək, onları haqq-ədaləti müdafiə etməyə, Xocalı soyqırımını pisləməyə, onun təqsirkarlarını, təşkilatçılarını və icraçılarını məsuliyyətə cəlb etməyə çağırır.

Cinayət cəzasız qalmamalıdır!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub