Onlayn-superturnirdə Maqnus Karlsenlə iddiaçılar turnirinin 5 iştirakçısı mübarizə aparacaq
Bakı, 12 aprel, AZƏRTAC
Şahmat üzrə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçiriləcək onlayn-superturnirdə iştirak edəcək heyətin tərkibi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, pandemiya dövrünün ən nüfuzlu turnirində Maqnus Karlsenlə iddiaçılar turnirinin 5 iştirakçısı - amerikalı şahmatçı Fabiano Karuana, fransalı Maksim Vaşe-Laqrav, çinli Liren Dinq, rusiyalı Yan Nepomnyaşi, Niderland təmsilçisi Aniş Giri ilə yanaşı, Hikaru Nakamura (ABŞ) və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca mübarizə aparacaqlar.
Aprelin 18-də start götürəcək turnirə əvvəlcə dünya reytinqində ilk səkkizlikdə qərarlaşan şahmatçılar dəvət alsalar da, sonda heyətdə dəyişiklik edilib.
Qeyd edək ki, onlayn şahmat turnirinin bütün iştirakçıları videonəzarət altında olacaqlar. Belə ki, ədalətin, düzgünlüyün təmin edilməsi məqsədilə iştirakçıların otaqlarında əlavə kameralar quraşdırılacaq. Bununla belə, hakimlər və təşkilatçılar oyun zamanı qrossmeysterlərin kompüterlərini də yoxlaya biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]