“Ookla” Azərbaycanda sabit genişzolaqlı şəbəkə infrastrukturunun təkmilləşdirilməsi üçün müasir həllər təklif edib

Bakı, 24 iyun, AZƏRTAC
Dünyaca tanınmış “Ookla” şirkətinin prezidenti, eyni zamanda baş icraçı direktoru Stefen Bay Azərbaycanda səfərdədir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə “Ookla” təmsilçiləri arasında görüş keçirilib. Görüşdə ölkədə rəqəmsal infrastrukturun inkişafı üzrə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Bildirilib ki, İKTA və “Ookla” şirkəti Azərbaycanın mövcud telekommunikasiya infrastrukturunun monitorinqi və təkmilləşdirilməsi sahəsində sıx əməkdaşlıq edir. Bu tərəfdaşlığın əsas məqsədi hər kəs üçün telekommunikasiya xidmətlərinin keyfiyyətini daha da artırmaqdır. Bu məqsədlə QoS (Xidmət keyfiyyəti) və QoE (Təcrübə keyfiyyəti) göstəriciləri üzrə məlumatların təqdim olunması və ölkə üzrə genişzolaqlı internetin əlçatanlığının artırılmasına dəstək təşəbbüsləri həyata keçirilir.
“Ookla” rəhbərliyi mobil rabitənin əhatə dairəsi və ya sabit genişzolaqlı şəbəkə infrastrukturu sahəsində təkmilləşdirmə imkanlarının müəyyən edilməsində, radiospektr analizində, müvafiq sahədə istehlakçı şikayətlərinin araşdırılmasında və digər məsələlərdə İKTA-ya yeni müasir həllərini təklif etməklə daha sıx əməkdaşlıq təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.07.2025 [10:41]
® “Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!
- 16.07.2025 [10:31]
Qızıl və gümüşün bahalaşması davam edir
- 16.07.2025 [10:28]
Dünya birjalarında neft bahalaşıb
- 15.07.2025 [17:29]
Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib
“Əkinçi”- 150: Gələcəyə ismarıc
- [10:37]
Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib
- 15.07.2025 [23:05]
Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb
- 15.07.2025 [22:08]
NATO nümayəndə heyəti ilə görüş keçirilib
- 15.07.2025 [21:43]
“Neftçi” ekvadorlu futbolçunu transfer edib
- 15.07.2025 [21:25]
Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub
- 15.07.2025 [21:06]
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
- 15.07.2025 [20:39]
Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir
- 15.07.2025 [19:49]
"Dəniz təbabəti ensiklopediyası" çapdan çıxıb
- 15.07.2025 [18:55]
Belqrad yaxınlığında yanğın baş verib
- 15.07.2025 [18:45]
Bosniya və Herseqovinada meşə yanğınları davam edir
- 15.07.2025 [18:35]
Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb
- 15.07.2025 [18:27]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 15.07.2025 [18:25]
Bakıda XIX əsrə aid tarixi abidənin konservasiyadan sonra açılışı olub
- 15.07.2025 [18:13]
Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
- 15.07.2025 [18:04]
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib
- 15.07.2025 [17:36]
Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib
- 15.07.2025 [17:29]