“OPEC+” nazirləri neft hasilatının artırılmasına dair razılığa gələcək?
Bakı, 5 iyul, AZƏRTAC
Bu gün OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin 18-ci iclası videokonfrans formatında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “OPEC+” ölkələri avqust ayında istehsalın hansı həcmdə artırılacağına dair müzakirələr aparacaq. İclas ərəfəsində “Brent” markalı xam neftin bir barrelinin qiyməti 76 dollar civarındadır.
Qeyd edək ki, iyulun 1-də “OPEC+” nazirlərinin toplantısı olub, lakin fikir ayrılıqları səbəbində neft hasilatına dair hər hansı qərar qəbul edilməyib və iclas bu günə təxirə salınıb. İclasda Birləşmiş Ərəb Əmirlikləri danışıqlarında özü üçün daha yaxşı şərtlər istəyib. Bu da digər ölkələr tərəfindən müsbət qarşılanmayıb. Həmin gün OPEC Konfransının 181-ci toplantısı da videokonfrans formatında keçirilib.
Ekspertlər “OPEC+”un qarşıdakı dövr üçün neft hasilatını gündəlik 400-500 min barel artıracağını gözləyirlər.
Bəzi analitiklərin fikrincə isə fikir ayrılığı hasilatın ümumiyyətlə artırılmaması ilə də nəticələnə bilər. Yəni koalisiya 2022-ci ilin aprelinədək hasilatı artırmaya bilər.
Xatırladaq ki, ötən ay keçirilən “OPEC+” nazirlərinin 17-ci videogörüşündə iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]