İQTİSADİYYAT
“OPEC+” üzrə hasilat məhdudiyyətinin həcmi dəyişdirilib
Bakı, 13 aprel, AZƏRTAC
OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) hasilat məhdudiyyətinin həcmində dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, “OPEC+” nazirlərinin dünən videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvar ayından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.
Xatırladaq ki, “OPEC+” ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən IX iclasında əldə edilən “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, may-iyun aylarında gündəlik hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23 faiz olmaqla 10 milyon barrel, bu ilin iyul-dekabr aylarında 8 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 6 milyon barrel azaldılması nəzərə tutulurdu. OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]