“OpenStack” əməliyyat sisteminin üstünlükləri müzakirə olunub
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “OpenStack bulud əməliyyat sisteminin üstünlükləri” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, institutun baş mütəxəssisi Tural Mustafayev “OpenStack”ın arxitekturası, İT resurslarının avtomatlaşdırılması, İT xidmətlərinin sürətli çatdırılması, komponentləri, “Rackspace Private Cloud” arxitekturası barədə danışıb. Qeyd edib ki, “OpenStack” bulud sistemi qurmaq üçün açıq mənbəli əməliyyat sistemi, virtual maşınlar, konteynerlər və fiziki maşınlar üçün bir platformaya sahib olmağa imkan verən və proqramlaşdırıla bilən infrastrukturdur.
Tural Mustafayev “OpenStack” fondu, onun sponsorları, “OpenStack” icmasına üzv ölkə və qurumlar haqqında da məlumat verib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]