Azərbaycan Dövlət İnformasiya Agentliyi

OSTAP BENDERİN KƏLƏKLƏRİ BU GÜN BAŞ TUTMAZ

Berlin, 30 yanvar (AZƏRTAC). Ermənistanın “Mitk” analitika mərkəzinin eksperti Eduard Abramyan bu həftə “Armenia Today” nəşrinə müsahibəsində bildirmişdir ki, erməni tərəfi üçün Qarabağa dair danışıqların sərfəli formatlarından biri 3+3+1 modeli ola bilərdi: yəni Ermənistan, “Qarabağ”, Azərbaycan üstəgəl ATƏT-in Minsk qrupu və İran. Ekspert vurğulamışdır ki, İranın Ermənistan və Azərbaycanla mehriban qonşuluq münasibətləri var, şiə dövləti kimi isə mədəni-dini baxımdan Azərbaycanla ümumi cəhətləri də çoxdur. Onun sözlərinə görə, digər tərəfdən, bu ölkə “bir əsrlik Qarabağ problemini (?! - AZƏRTAC) dərindən bilir və bütün tarixi boyu həmin regionda ermənilərin azadlıqsevərliyinin dəfələrlə şahidi olmuşdur”.

Hazırda sülh danışıqlarının 2+3 formulu, yəni bir tərəfdən Ermənistan və Azərbaycan, digər tərəfdən ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi formulu üzrə aparıldığı nəzərə alınarsa, modeldə erməni ekspertinin təklif etdiyi iki yeni iştirakçının - hansısa “Qarabağın” və İran İslam Respublikasının görünməsi dərhal nəzərə çarpır. Belə bir fakt da diqqəti cəlb edir ki, təşəbbüsün müəllifi həmin formulun iki yeni iştirakçısından yalnız İranın danışıqlar prosesinə qoşulması səbəbini izah etməyi lazım bilmişdir. Görünür, ümid etmişdir ki, digər yeni iştirakçının - “Qarabağın” danışıqlar masası arxasında oturmasını bəlkə də sezməzlər. Sonra isə kim bilir, bir də gördün, onun danışıqlarda iştirakına adət edərlər.

İranla bağlı dəlillərə gəldikdə, prinsipcə, hər şey aydındır. Lakin “Qarabağ” nə deməkdir və onun adı birdən-birə həmin formata nə üçün salınmışdır - görünür, müəllif iki mümkün müddəanın birindən çıxış edərək, bu barədə danışmamağı üstün tutur:

a) ya danışıqlar prosesinə İran kimi nüfuzlu regional dövlətin qoşulması fonunda orada daha bir debütantın -“Qarabağın” iştirakı o qədər ikinci dərəcəli və əhəmiyyətsiz məsələdir ki, onun yeni formula qatılması barəsində danışmamaq da olar;

b) yaxud da “Qarabağın” danışıqlar prosesində iştirakı o dərəcədə şübhə doğurmur və aşkardır ki, onun birdən-birə meydana çıxması ilə bağlı əlavə və lüzumsuz şərhlərlə özünü çətinliyə salmağa və aksiom üçün sübut axtarmağa, sadəcə, ehtiyac yoxdur.

Əlbəttə, Abramyanın 3+3+1 formulunu “erməni tərəfi üçün çox sərfəli” formul kimi qiymətləndirməsi də diqqətdən kənarda qala bilməz. Səbəbi də aydındır! Heç şübhəsiz, formul Ermənistan üçün sərfəlidir. Lakin heyrət doğuran başqa şeydir. Abramyanın fikrincə, formul erməni tərəfi üçün ona görə sərfəlidir ki, danışıqlara İran qoşulur. Bəli, bəli, “Qarabağ” deyil, məhz İran! İranın qoşulması olan yerdə Qarabağ Ermənistan üçün nədir ki (xırda-xuruşdur)! Üstəlik, İranın qoşulması Azərbaycan üçün də sərfəlidir - axı, hər iki xalq şiə məzhəbinə etiqad edir!

Belə bəsit hoqqabazlıqlar bəlkə də haradasa işə yarıyır, lakin separatçı münaqişələrin həlli yollarının müzakirəsində yox. Əgər Ostap Bender adamyeyən Elloçkanı bir dəfə aldadaraq, adi çay dəmləyicisini brilyantların gizlədilməsi ehtimal olunan stulla dəyişdirə bilmişdisə, bu, heç də o demək deyil ki, Abramyan həmin fokusu böyük siyasətdə təkrar edə bilər.

Vurğulamaq istəyirəm ki, İran həqiqətən də Azərbaycanın mehriban qonşusudur, dövlətlərimiz və xalqlarımız arasında tarixən ənənəvi dostluq münasibətləri təşəkkül tapmışdır. Ermənistan-İran münasibətlərinin yüksələn xətlə inkişafı da Azərbaycanın qonşuları olan iki dövlətin öz işidir. Lakin erməni “ekspertləri”nin heç kim tərəfindən tanınmayan qeyri-legitim ərazi qurumunu danışıqlar masası arxasında oturtmaq istəklərini həyasızcasına bütöv bir dövlətlə ört-basdır etməyə çalışdıqları bir vaxtda ermənilərin cənubdakı qonşu dövlətə səmimi münasibət bəsləməsi ciddi şübhə doğurur.

Artıq Ermənistan siyasətçiləri və politoloqları başa düşməlidirlər ki, “Qarabağ” deyilən heç bir münaqişə tərəfi yoxdur və dünyanı çaşdıraraq digər ölkələrin vasitəçilik səylərinə qoşulması kimi yayındırıcı yolla onu danışıqlar prosesinə qatmaq kələyi baş tutmayacaqdır. “Qarabağ” deyilən qondarma qurum qədim yunan xüsusi təyinatlı dəstəsi, regional dövlətlər isə Troya atı deyildir ki, onun içində gizlənib gələrək, danışıqlar masası arxasında rahatca otura bilsinlər. Bu, birmənalı olaraq dövlətlərarası münaqişədir və onun tərəfləri isə münaqişəni başlayan tərəf, təcavüzkar ölkə Ermənistan və bu təcavüzün qurbanı olmuş Azərbaycandır. Ermənistan dolayı, - özü də bir qayda olaraq, bəsit, - yolların axtarılmasına nə qədər az qüvvə sərf etsə, bu həqiqəti daha tez dərk edər, tərəflər birbaşa sülh danışıqları yolu ilə finişə bəlkə də daha tez çatar və nəhayət, regionda çoxdan gözlənilən sülh bərqərar olar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan muzeylərinin nadir eksponatları: “Harpoonlog A1” – elektron sistemlərdən xeyli əvvəl dənizçilər qət etdikləri məsafəni necə ölçürdülər?

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatıb

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub

GastroFest 2026: İçərişəhərdə dad, musiqi və müxtəlif mədəniyyətlərin rəngarəng görüşü

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

® “Tenderyard” rəqəmsal alış-satış imkanlarını genişləndirir

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL-ın təyyarələrində səsləndiriləcək

Tarixçi: Albaniya ərazisində ərəb işğalı ərəfəsində müxtəlif dini inanclar mövcud olub

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalının təfərrüatları bəlli olub

BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb

Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb

AMEA-da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Məni Xankəndiyə bağlayan yurd sevgisi və şəhid qızımın xatirəsidir – Mübarizə Əliyeva

DOST könüllüləri üçün keçirilən təlim proqramının birinci mərhələsi başa çatıb

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib

Ötən il Türkiyədə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 247 milyonu ötüb

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Erməni tarixşünaslığının Albaniyanın sərhədləri ilə bağlı iddiası qədim mənbələr əsasında təkzib edilir

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/13/2025 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb

Aİİ-də Rusiyada Quranın tədqiqatları tarixinin müxtəlif mərhələlərindən bəhs olunub

Çexiyanın sənaye və ticarət naziri Avropada yeni enerji böhranı barədə xəbərdarlıq edib

Kəlbəcər sakinlərinə tibbi xidmət göstərilib

Tarixi nailiyyətin təntənəsi: BDU-da Dövlət Suverenliyi Günü qeyd edilib

Şərqşünas-alim Buxarest Universitetində məruzə edib

Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub VİDEO

Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub VİDEO

“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub VİDEO

“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub VİDEO

Hacıqabulda şagirdlər yol nişanları barədə məlumatlandırılıb

Azərbaycanlı doktorant Barselonada beynəlxalq konfransda məruzə edib

Azərbaycan Universitetində Dövlət Suverenliyi Günü qeyd olunub

“Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” - elmi konfrans

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Goranboyda aqrar layihələr genişləndirilir - 2026–2030 Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Batumidə regionun Mərkəzi Banklarının rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

Ziya Bünyadov prospektinin bir hissində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb

“Barselona”nın gəlirləri rekord həddə çatsa da, borcu artıb

® 617 balla baytarlığı seçdi: “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” gələcəyin baytarına dəstək oldu

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir

Ermənistanda mövcud reallıqları qəbul etmək istəməyən qüvvələr hələ də var - ŞƏRH

Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti arasında əməkdaşlıqla bağlı təkliflər nəzərdən keçirilib

Professor Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəyli bizim bütün varlığımızdır

Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunmuş sərgi açılıb

Britaniyanın “İtalyan kəndi” – AZƏRTAC-ın müxbiri Uelsdən yazır

“Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq

Ülkər Talıbzadə: Üzeyir Hacıbəylinin zəngin irsi hələ tam araşdırılmayıb

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları - ŞƏRH

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb

Ermənistan cəmiyyətində regiondakı yeni reallıqların dərki ilə bağlı hələ də ciddi problemlər mövcuddur - RƏY

Rusiyanın “Orfey” radiosu efirini Üzeyir Hacıbəylinin irsinə həsr edib

Azərbaycan ərazisindəki tarixi və dini abidələrin mübahisələndirilməsi cəhdləri absurddur – ŞƏRH

Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır VİDEO

Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır VİDEO

Nadir Məmmədli: Şəxs adları xalqın dilini, tarixini və milli-mədəni yaddaşını əks etdirir

Naxçıvanda 17 qadın sahibkarın layihəsinə 700 min manata yaxın güzəştli kredit ayrılıb

Türk və İslam dünyasının Bakıda birləşən gündəliyi: Prezidentdən mühüm mesajlar - ŞƏRH

Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir

Qafqaz və Türk dünyası: Prezident İlham Əliyevin strateji konsepsiyasındakı əsas istiqamətlər - TƏHLİL

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

“Milli ruhun səsi” Gəncədə səslənib

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub

Türk dünyasının strateji subyektliyi: gücün yeni institusional məntiqi - ŞƏRH

AFFA və PFF arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB

Yaxın Şərqdə nüvə obyektlərinə təminat tədbirlərinin tətbiqi ilə bağlı qətnamə qəbul edilib

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

PFL Azərbaycan Kubokuna sponsorluqla bağlı bir neçə şirkətlə danışıqlar aparır

Bakı türk dövlətləri arasında strateji məsləhətləşmələr üçün mühüm ünvana çevrilib - ŞƏRH

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına Göygöldə hazırlaşacaqlar

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub VİDEO

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub VİDEO

Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib

Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb VİDEO

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb VİDEO

İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb

Azərbaycan geosiyasəti və Türk-İslam birliyinin yeni modeli - ŞƏRH

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır - ŞƏRH