Ötən gecə Əfqanıstan ordusunun 1037 hərbçisi Tacikistan ərazisinə keçib
Düşənbə, 5 iyul, AZƏRTAC
İyulun 4-dən 5-nə keçən gecə və səhər saatlarında Əfqanıstanın Bədəxşan əyalətində Tacikistan ilə dövlət sərhədi boyunca əfqan ordusu ilə Taliban terrorçuları arasında güclü döyüşlər baş verib.
AZƏRTAC Tacikistan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Əfqanıstanın Bədəxşan əyalətinin Xoxon, Şikay, Nusay, Moximay, Şuqnon və Sultan İşkaşim qəzaları artıq tamamilə Taliban terrorçularının nəzarətinə keçib.
Əfqanıstan ordusunun hərbçiləri xilas olmaq üçün Tacikistan sərhədçilərindən yardım istəyiblər. Tacikistan sərhədçiləri isə humanizm prinsiplərini əsas tutaraq ümumilikdə 1037 nəfər əfqan hərbçisinin ölkə ərazisinə keçməsinə icazə veriblər.
Xatırladaq ki, iyulun 3-də Əfqanıstan ordusunun 300, ötən gün isə 94 hərbçisi Tacikistan ərazisinə keçib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]