Ötən gün əksər rayonlarda hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb
Bakı, 26 aprel, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin aprelin 26-sı saat 12:00-a olan məlumatına əsasən 25-i gün ərzində əksər rayonlarda hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 6, Gədəbəydə 5, Şahbuz, Daşkəsən və Şəkidə 3, Kəlbəcər, Sədərək və Balakəndə 2, Naxçıvan, Naftalan, Qəbələ, Xınalıq, Zaqatala, Qrız, Mingəçevir, Göygöl, Gəncə, Goranboy, Şəmkir, Tərtər və Yevlaxda 1 millimetrədək olub.
Qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 22, Mingəçevirdə 18, Naxçıvanda 16, Şərurda 15 metr/saniyəyədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26°, Naxçıvan Muxtar Respublikasında 32°, Aran rayonlarında 27°, dağlıq rayonlarda isə 18°-dək isti qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [19:28]
Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər
- 07.08.2026 [17:17]