Ötən il bank sektorunun kredit portfelinin dollarlaşması tarixi minimuma düşüb VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
2024-cü il ərzində bank sektorunun kredit portfelinin dollarlaşması 2,7 faiz azalaraq tarixi minimum səviyyəsinə 16 faizə düşüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov maliyyə sabitliyi hesabatına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, depozit portfelində isə dollarlaşma 0,9 faiz bəndi azalaraq 37,5 faiz təşkil edib.
“Bank sektorunun gəlirliyində müsbət nəticələr əldə edilib. 2024-cü ildə 1 milyard manatdan çox xalis mənfəət əldə edib. İlin sonunda bank sektoru üzrə aktivlərin gəlirliliyi 2,1 faiz, kapital gəlirliliyi 18,1 faiz təşkil edib”, - deyə o qeyd edib.