İQTİSADİYYAT
Ötən il Mərkəzi Bank 33 emissiya prospektini dövlət qeydiyyatına alıb
Bakı, 3 mart, AZƏRTAC
Ötən il Azərbaycan Mərkəzi Bankı 33 emissiya prospektini dövlət qeydiyyatına alıb.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova bildirib.
“Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Həmçinin bu, təkcə AMB-nin deyil, bütün bazar iştirakçılarının birgə səyi nəticəsində əldə edilmiş nailiyyətdir”, - deyə Mərkəzi Bankın rəsmisi əlavə edib.