Ötən il sosial sahədə e-xidmətlərə 18 milyon müraciət qeydə alınıb
Bakı, 16 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ildə 18 milyon müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 8 milyon dəfə istifadə olunub.
Sosial ödənişlər üzrə 238 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, nazirliyin fəaliyyət sahələrinə dair 0,4 milyon e-arayış verilib.
Ötən il ərzində ümumilikdə nazirliyin informasiya bazalarına 422 milyon e-sorğu və müraciət qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]
Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələrini aparılıb
- 09.10.2026 [18:07]
“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
- 09.10.2026 [18:01]