Ovçuluq təsərrüfatının ərazisində saxlanılan brakonyer barəsində tədbir görülüb
Bakı, 16 mart, AZƏRTAC
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən Varvara Ovçuluq Təsərrüfatının ərazisində nəzarət tədbirləri keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı ərazidə qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Ceyhun Mirabov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]