“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsi dövründə otellərdə süni qiymət artımına yol verilməyəcəkdir
Bakı, 13 aprel (AZƏRTAC). “Eurovision- 2012” mahnı müsabiqəsi dövründə otellərdə süni qiymət artımına yol verilməyəcəkdir.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirmişdir. Nazir demişdir ki, Azərbaycanın turizm sektorundakı bütün mehmanxanalar ölkədə keçiriləcək bu möhtəşəm musiqi yarışmasına tam hazırdır.
“Eurovision-2012” yarışmasını yaxımdan izləmək üçün Bakıya gələcək qonaqlar üçün qiymətlərdə heç bir artım olmayacaqdır. Yəni otellər adi günlərdə Azərbaycan vətəndaşlarına hansı qiymətlərlə xidmət göstərirlərsə, “Eurovision”a gələn qonaqlara da həmin qiymətlərlə xidmət edəcəklər. Qiymətlərə ciddi nəzarət olunacaqdır.
Əbülfəs Qarayev qeyd etmişdir ki, ötən il Azərbaycanda fəaliyyət göstərən otel, mehmanxana və istirahət mərkəzlərinin qiymətləri təxminən 20 faiz aşağı salınmışdır. Buna rəqabət nəticəsində nail olunmuşdur. Hər il ölkədə 40-50 istirahət mərkəzi istifadəyə verilir. Düşünürəm ki, nə qədər çox turizm mərkəzi olsa, qiymətlər də bir o qədər aşağı düşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]