SİYASƏT
“Öz məşəlini alovnlandır!”
“Eurovision-2012” mahnı müsabiqəsinin finalı Berlində qeyd olunacaqdır
Bakı, 23 may (AZƏRTAC). Avropanın ən böyük musiqi yarışması “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilən final mərhələsi Almaniyanın paytaxtı Berlinin mәdәniyyәt mәrkəzi olan Kesselhausda da qeyd ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Bakı Berlinlə görüşür” devizi altında keçiriləcək bu tədbir “Azerbaijan Student Network” (ASN) tәlәbә və gәnclәr şəbәkәsi tərәfindən tәşkil ediləcəkdir. Tədbir “Eurovision-2012” mahnı müsabiqәsinin rəsmi sponsoru olan ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstәyi ilə keçiriləcəkdir.
Kesselhausda baş tutacaq şәnlikdə 500-ə yaxın tamaşaçı üçün oturacaq yeri, sərinləşdirici içkilər vә qəlyanaltılar, əyləncəli musiqi gecəsi təşkil olunacaqdır. Tədbirdə tanınmış pop müğənnisi Lou, “Nica&Joe” dueti, müğənni Desney Baileynin rәhbərlik etdiyi “Jazz& Swing” qrupunun çıxışları da nəzərdə tutulur.
“Bakı Berlinlə görüşür” tədbirində qonaqlara mahnı müsabiqəsinә ev sahibliyi edən Azərbaycanın mədәniyyәti vә Almaniyada yaşayan azərbaycanlılarla tanış olmaq imkanı yaradılacaqdır.
Prodüser Klaus Bernhard Azәrbaycanda caz musiqisi haqqında çәkdiyi sәnәdli film vasitәsilә ölkәnin musiqi hәyatından aldığı tәəssüratlarını mərasim iştirakçıları ilə paylaşacaqdır.