“OZAN” AZƏRBAYCAN HAQQINDA HƏQİQƏTLƏRİ YAYIR
Mərkəzin rəhbəri Rafael Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, qurum Ümumrusiya Azərbaycanlıları Konqresinin ayrılmaz tərkib hissəsidir, bütün tədbirlərini onunla əlaqələndirir. Başlıca məqsədimiz ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq ideologiyasına töhfə verməkdir. Müstəqil Azərbaycanın iqtisadi uğurları, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin atdığı addımlar, beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırılan layihələr barədə həqiqətləri geniş ictimaiyyətə çatdırır, tarixi düşmənlərimizin Vətənimizin nüfuzuna xələl gətirən uydurmalarını ifşa edirik.
Çelyabinsk vilayəti ilə Azərbaycan arasında iqtisadi əlaqələr yaratmağa çalışırıq. Məqsədimizi qubernator da dəstəkləmiş və Azərbaycanın müvafiq orqanlarına məktub göndərmişdir. Bu ilin birinci rübündə Çelyabinsk iş adamları Bakıya səfər edəcəklər.
Aylıq “Ozan” qəzeti fəaliyyətimizin səmərəsini daha da artırır. “Dostluğun ipək yolu” kitabını rus dilində çap etdirmişik. Kitabda xalq diplomatiyası mövzusuna geniş yer verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]