Özbəkistan Avropa İttifaqı ilə “GSP+” güzəştli ticarət statusu alıb
Daşkənd, 10 aprel, АZƏRTAC
Özbəkistan Avropa İttifaqı ilə "GSP+" güzəştli ticarət statusu alıb. Bu gündən qüvvəyə minən status ölkəyə Avropa İttifaqı dövlətlərinə vergisiz göndərilən malların siyahısını 6200-ə çatdırmaq imkanı verəcək.
AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan İnvestisiya və Xarici Ticarət Nazirliyinin Daşkənddə keçirdiyi mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov bildirib ki, əvvəllər "GSP" standart sistem çərçivəsində ölkə gömrük rüsumu ödəmədən 3 min, güzəştli qiymətlərlə 3200 adda məhsul göndərə bilirdi. Özbəkistanın benefisiar dövlətlər siyahısına daxil edilməsi Avropa İttifaqı ölkələrinə ixracatın həcmini artırmağa və Avropa bazarında milli məhsulların rəqabət qabiliyyətinin güclənməsinə şərait yaradacaq. Hazırda Özbəkistanın ixrac etdiyi toxuculuq məhsullarına, geyimə, meyvə-tərəvəzə güzəştlər tətbiq olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]