Özbəkistan parlamenti Ali Məclisinə yeni səlahiyyətlər verilir
Daşkənd, 7 mart, АZƏRTAC
Özbəkistan parlamentinin qanunvericilik palatası-Ali Məclisə yeni səlahiyyətlər verilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb və sənəd aprelin 1-dən qüvvəyə minəcək.
Qanunvericilik palatasının səlahiyyətlərinə siyasi, sosial-iqtisadi həyat, dövlətin daxili və xarici siyasəti, hökumət üzvlüyünə namizədlərin Baş nazir tərəfindən təqdimatının müzakirəsi və bəyənilməsi ilə bağlı qərarların qəbulu daxildir.
Bundan sonra hökumət üzvləri qanunvericilik palatası tərəfindən bəyənildikdən sonra dövlət başçısı tərəfindən təsdiq ediləcək. Əvvəl isə Ali Məclis tərəfindən təsdiq olunmurdu.
Sənədə görə Baş nazir və hökumətin üzvləri hər rübün sonunda Dövlət Proqramlarının həyata keçirilməsi ilə bağlı Ali Məclisə və Senata hesabat təqdim edəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]