Özbəkistan səfiri: Azərbaycanın sosial xidmətlər və rəqəmsal idarəetmə sahəsində təcrübəsini öyrənirik VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycanın "ASAN Xidmət" modeli vətəndaşyönümlü idarəçiliyin beynəlxalq səviyyədə tanınmış nümunəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov “İnsan hüquqlarının qorunmasında şəffaf, səmərəli və hesabatlı dövlət xidmətlərinin göstərilməsinin mühüm rolu” mövzusunda keçirilən seminarda söyləyib.
“Biz Azərbaycanda dövlət qurumlarının bir-biri ilə necə məlumat mübadiləsi apardığını, xidmətlərin necə inteqrasiya olunduğunu və vətəndaşlara daha keyfiyyətli xidmət göstərildiyini yaxından öyrənirdik. Çünki ölkə rəhbərliyimiz tərəfindən bizə Azərbaycan təcrübəsinin, xüsusilə sosial xidmətlər, dövlət və özəl xidmətlərin göstərilməsi və rəqəmsal idarəetmə sahəsində ən yaxşı təcrübələrin öyrənilməsi tapşırılıb”, -deyə səfir qeyd edib.