Özbəkistan səfiri: Xankəndidə uzunmüddətli şəhər inkişafı ilə bağlı konsepsiya həyata keçirilir VİDEO
Xankəndi, 11 sentyabr, AZƏRTAC
Xankəndidə şəhərin inkişafı ilə bağlı uzunmüddətli və hərtərəfli işlənib hazırlanmış konsepsiya həyata keçirilir və bu proses genişmiqyaslı bərpa və quruculuq işləri ilə müşayiət olunur.
Bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Xankəndiyə səfəri çərçivəsində AZƏRTAC-a eksklüziv açıqlamasında Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov deyib.
Səfir Qarabağ Universitetinin əhəmiyyətini xüsusi vurğulayıb və yeni nəsil mütəxəssislərinin hazırlanmasının Qarabağın gələcəyi üçün böyük strateji əhəmiyyət daşıdığını qeyd edib.
“Burada təhsil alan tələbələrin gözlərində bir qığılcım görürəm. Bu, çox yaxşıdır, çünki Qarabağın gələcəyi üçün böyük strateji əhəmiyyət daşıyır”, – deyə Baxrom Aşrafxanov bildirib.
O, həmçinin Azərbaycan-Özbəkistan münasibətlərinin siyasi, iqtisadi, mədəni, humanitar və təhsil sahələrində fəal şəkildə inkişaf etdiyini qeyd edib.