Özbəkistanda 50 minə yaxın insan peyvənd olunub
Daşkənd, 8 aprel, АZƏRTAC
Bu günə qədər Özbəkistanda COVID-19 virusuna qarşı 50 minə yaxın insan peyvənd edilib.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, vaksinasiya olunanların 71-də hərarətin yüksəlməsi, başda və bədənin ayrı-ayrı yerlərində ağrılar, zəifliklə müşahidə olunub.
Əhalinin peyvənd olunması üçün hələ ki, ölkədə “AstraZeneca” və Özbəkistanın da həmmüəllifi olduğu Çinin ZF-UZ-VAK2001 vaksinindən istifadə edilir.
Əhalini vaksinasiya etmək üçün respublikada ümumilikdə 3138 peyvənd otağı və 820 mobil briqada yaradılıb.
Xəbər verdiyimiz kimi vaksin birinci növbədə yaşı 65-dən yuxarı olan vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda olanlara vurulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]