Özbəkistanda COVID-19 virusuna yoluxanların sayı 767 nəfərə çatıb
Daşkənd, 12 aprel, AZƏRTAC
Son sutka ərzində Özbəkistanda COVID-19 virusuna yoluxanların sayı 73 nəfər artaraq 767-yə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dünən axşam xəstələrin biri də həyatını itirib və ölənlərin sayı dördə çatıb.
Virusa yeni yoluxma halları karantində olanların hesabına artıb. İndiyədək ölkədə koronavirusdan 42 nəfər sağalıb. Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min nəfər var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]