Özbəkistanda dövlət qulluqçuları hər gün gimnastika ilə məşğul olacaqlar
Daşkənd, 23 dekabr, АZƏRTAC
Özbəkistanın dövlət təşkilatlarının əməkdaşları bundan sonra hər gün iş yerində gimnastika ilə məşğul olacaqlar.
AZƏRTAC xəbər verir ki, Özbəkistan prezidentinin imzaladığı fərmana əsasən dövlət qurumları həftədə bir gün “Sağlamlıq günü” keçirməlidirlər.
Həmin gün əməkdaşlar qaçış, üzgüçülük, futbol, basketbol, tennis və s. kimi fiziki-kütləvi tədbirlərdə iştirak etməlidirlər.
Sənəddə bildirilir ki, bundan sonra dövlət qurumları öz aralarında mütəmadi olaraq müxtəlif yarışlar keçirməlidirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]