Özbəkistanda Novruz bayramı münasibətilə xeyriyyə aksiyası təşkil edilib
Daşkənd, 20 mart, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, bunun üçün Mədəniyyət Mərkəzi bir neçə qoyun kəsdirib, digər ərzaqlar alınıb.
Bayram payı Daşkənddəki fiziki qüsurları olan uşaqların tərbiyə aldığı 1 nömrəli internat evinə və paytaxtdakı azərbaycanlı uşaqların da yaşadığı 30 saylı internat məktəbə göndərilib.
Daşkənddə azərbaycanlıların yığcam yaşadıqları Tezikovka məhəlləsindəki imkansız adamlara da bayram payı verilib.
Xatırladırıq ki, AMM Qurban bayramında da belə xeyriyyə aksiyası keçirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]