Pakistanda yaşıl texnologiyalar əlçatan deyil
Bakı, 4 oktyabr, AZƏRTAC
Yaşıl texnologiyalar çox baha olduğundan Pakistanda bu vəsaitlərə çıxış yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Pakistanın Planlaşdırma, İnkişaf və Xüsusi Təşəbbüslər Nazirliyinin baş iqtisadçısı Zafar Ul Hasan “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumunda deyib.
“Pakistan 5 iqlim dəyişikliyinə məruzə qalan ölkələrdən biridir. Əvvəllər sənayeləşmə və qloballaşma proseslərində Pakistan bir o qədər də iştirak etmirdi. Hazırda dəyişikliklər baş verir, buzlaqlar əriyir, biz bu dəyişikliyə uyğunlaşmalıyıq. Pakistan iqtisadiyyatının dörddəbir hissəsini kənd təsərrüfatı təşkil edir. İqlim dəyişmələri, təbii fəlakətlər səbəbindən Pakistan kənd təsərrüfatında bir sıra maneələrlə rastlaşır. Kənd təsərrüfatı yaşıl sahədir. Biz burada pestisidləri, bəzi neft əsaslı maddələri və texnologiyaları istifadə etməməliyik”, - deyə Zafar Ul Hasan vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]