Pakistanın Cunaqat əyalətinin Baş naziri: Kimyəvi silahların istifadəsi təbiətə ciddi ziyan vurub
Bakı, 5 noyabr, AZƏRTAC
İqlim dəyişikliyi ilə bağlı baş verən problemləri həll etmək üçün çox işlər görməliyik. Təbiətdə baş verən mənfi hadisələrin qarşısını insanların köməyi ilə almalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanın Müslim İnstitutunun direktoru, Cunaqat əyalətinin Baş naziri Sahibzadə Sultan Muhəmməd Ali Dünya dini liderlərinin qlobal Bakı Sammitinin plenar iclasında deyib.
O bildirib ki, digər vacib məsələ kimyəvi silahların istifadəsi ilə bağlıdır. O silahların təbiətə nə qədər ziyan vurduğunu təsəvvür etmək mümkün deyil. İnsanların rifahını yaxşılaşdırmaq üçün üzərimizə düşən öhdəliyi yerinə yetirməliyik.
Sahibzadə Sultan Muhəmməd Ali COP29-da Azərbaycana uğurlar arzulayıb.