İDMAN
PARALİMPİYA HƏRƏKATINDA ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən görüş paralimpiya hərəkatında ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək və möhkəmlətmək məsələlərinə həsr olunmuşdur.
Səfir qonağa Azərbaycanda olimpiya hərəkatının, xalqın fiziki cəhətdən sağlamlaşdırılması, əlillərin böyük idmana cəlb edilməsi işinin geniş vüsət aldığını bildirdi. O dedi ki, bu uğurlar Azərbaycan Prezidenti Heydər Əliyevin və Baş nazir, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idman sahəsində apardıqları dövlət siyasəti ilə bağlıdır.
Valeri Şuşkeviç Azərbaycan Prezidenti Heydər Əliyev ilə üç dəfə görüşdüyünü və bundan böyük məmnunluq duyduğunu vurğulayaraq dedi ki, Azərbaycan rəhbəri fenomenal şəxsiyyət, dünya miqyaslı siyasətçidir.
O, Prezident Heydər Əliyevin özünü yaxşı hiss etməsi və tezliklə Vətənə qayıdacağı barədə xəbəri böyük sevinclə qarşıladı.