İDMAN
Paralimpiya ikincisi olan üzgüçü: Azərbaycanı növbəti yarışlarda da layiqincə təmsil etməyə çalışacağam
Bakı, 1 sentyabr, AZƏRTAC
“Paralimpiya Oyunlarında 5-ci dəfə fəxri kürsüyə yüksəldim”.
AZƏRTAC xəbər verir ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş medal qazanan Azərbaycan paraüzgüçüsü Raman Saley deyib.
İdmançı qarşıda onu daha 3 üzmə üsulunda mübarizənin gözlədiyini bildirib: “Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam. Bunun üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Raman Saley Paris Paralimpiadasında daha 3 kateqoriyada çıxış edəcək. İdmançımız sentyabrın 2-də S13 kateqoriyasında 50, sentyabrın 4-də S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst, sentyabrın 7-də isə S12 kateqoriyasında 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmə yarışında mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.09.2024 [13:52]
“Zirə” yeni transferini açıqlayıb
- 10.09.2024 [13:17]
NFL tarixində ən bahalı müqavilə imzalanıb
- 10.09.2024 [11:19]
Azərbaycan nümayəndə heyəti Astanada V Dünya Köçəri Oyunlarını izləyib
- 10.09.2024 [10:56]
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib
- 10.09.2024 [10:53]
Seçmə mərhələ: Azərbaycan millisi bu gün Serbiyanı qəbul edəcək
- 10.09.2024 [10:47]
Bu gün Ümumdünya Şahmat Olimpiadasına start veriləcək
- 10.09.2024 [08:33]