Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı İlham Zəkiyev olacaq
Bakı, 6 avqust, AZƏRTAC
“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan komandası 30 nəfərlik heyətlə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov avqustun 6-da təşkil olunan mətbuat konfransında deyib.
İ.Rəhimov qeyd edib ki, açılış mərasimində Azərbaycan komandasının bayraqdarı ikiqat Paralimpiya çempionu İlham Zəkiyev olacaq. Milli komandamızın üzvləri nümayəndə heyəti ilə birlikdə avqustun 10-dan Tokioya yola düşməyə başlayacaqlar.
“Tokio-2020” XVI Yay Paralimpiya Oyunları avqustun 25-dən sentyabrın 6-dək davam edəcək.