“Paris-2024”: Azərbaycan parataekvondoçusu 1/4 finalda uduzub
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli “Paris-2024” Yay Paralimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, K44 kateqoriyası üzrə 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə meksikalı Luis Najera ilə qarşılaşıb.
Rəqibinə 3:6 hesabı ilə uduzan Ə.Abuzərli yarımfinala adlaya bilməyib. O, axşam seansında bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində iki medal var. Parataekvonduçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) isə bürünc mükafat qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]