PARİSİ TAMAM SİQARET ÇƏKİLMƏYƏN ŞƏHƏRƏ ÇEVİRMƏK İSTƏYİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ətraf mühiti çirkləndirməklə yanaşı, insanın sağlamlığı üçün ciddi təhlükə yaradan siqaret çəkilməsinə qarşı mübarizəyə yönəldilmiş sənəddə deyilir ki, hazırda ildə 25 milyon turist qəbul edən Parisdə cəmi 12 restoran və barda siqaret çəkilmir, hər il ölkədə 66 min nəfər tütünün qurbanı olur.
Sənədin imzalanması birmənalı qarşılanmamış, paytaxtdakı 12 min otel, restoran, kafeteri və barlarda yaranacaq vəziyyət və işsizlərin sayının çoxalması kimi problemlə bağlı məsələlər uzun-uzadı müzakirələrə səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, əksəriyyət Parisin tamamilə siqaret çəkilməyən şəhərə çevrilməsi təşəbbüsünü dəstəkləmişdir.
Xatırladaq ki, dünyada birinci olaraq İrlandiya bu ilin martından iaşə müəssisələrində və ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoymuş və bu qaydanı pozanlara qarşı 3000 avro cərimə təyin etmişdir. Norveç və Malta da bu hərəkata qoşulmuşdur. İsveç isə gələn ildən siqaret çəkilməsinə qadağa qoyulması barədə qərar çıxarmışdır.